YAP Tərtər Rayon Təşkilatının sədr müavini Azər Ağayev və rayon təşkilatının əməkdaşları “Konstitusiya və Suverenlik İli” çərçivəsində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan bir qrup şəhid və qazi ailələri ziyarət edilmiş, onların qayğıları ilə maraqlanmışlar.
Ziyarət edilmiş ailələrə ərzaq payı verilmişdir.
Şəhid və qazi ailələri Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə etmişlər.
E.G.Əsədov
YAP Tərtər rayon təşkilatının sədri