Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayır. SİA bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.