PDF Oxu

Siyasət

  • 1 010

“Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”

image

İyulun 4-də qədim Azərbaycan torpağı olan Xankəndidə dost, qardaş ölkə liderlərinin iştirakı ilə keçirilən bu möhtəşəm tədbir təkcə tarixi, siyasi hadisə deyil, həm də milli qürurun, əzmin və ədalətin təntənəsi idi. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi Zirvə görüşünün Xankəndində keçirilməsi xüsusi rəmzi mənası vardır. Çünki bu torpaqlar uzun illər ərzində düşmən tapdağında idi. Amma Azərbaycan xalqının əzmi, ordusunun gücü, liderinin qətiyyəti ilə azad olundu. Otuz il müddətində Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladı, bir milyondan çox azərbaycanlını dədə-baba yurdlarından didərgin saldı, şəhər və kəndlərimizi, mədəni və dini irsimizi yerlə yeksan etdi.

Azərbaycan xalqı bu illər ərzində işğalla əsla barışmadı və sonda 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məğlub edərək Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Dövlət başçısının apardığı diplomatik bacarıq sayəsində biz torpaqlarımızı işğaldan azad edərək ölkəmizin suvrenliyini tam bərpa etdik. Bu baxımdan Qarabağın şah damarı olan Xankəndində keçirilən bu möhtəşəm tədbir Azərbaycanın tarixi qələbəsinin, suverenliyinin və beynəlxalq mövqeyinin bərpası idi. Digər tərəfdən, Xankəndindən verilən mesajlar bütün dünyaya ünvlanmış çağırışların fonunda sülh, inkişaf və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan yeni regional nizamın formalaşdığını təsdiq etdi və bu prosesin mərkəzində məhz Azərbaycanın dayandığını nümayiş etdirdi.

Prezident çıxışında ilk olaraq qeyd etdi ki, Azərbaycan artıq üçüncü dəfədir ki, bu mötəbər tədbirə ev sahibliyi edir. Amma bu dəfəki, ev sahibliyinin xüsusiliyi təkcə coğrafiyada deyil, tarixdədir. Zirvənin Xankəndində keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, beynəlxalq təşkilatların bu gerçəkliyini qəbul etdiyini və Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bütün dünyaya əks etdirir. Qarabağda quruculuq və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir.

Prezidentin çıxışında diqqət çəkən ən vacib məqamlardan biri də Qərbi Azərbaycan məsələsi ilə bağlı səsləndirdiyi fikirlər idi. Prezident İlham Əliyev çıxışında bu vacib məsələni – Qərbi azərbaycanlıların hüquqlarının bərpasını qətiyyətlə gündəmə gətirdi. İƏT-nın sonuncu toplantısında Ermənistan etnik təmizləmə siyasəti ilə yerindən-yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun 57 üzv ölkə tərəfindən dəstəklənməsi mühüm diplomatik naliyyətdir. Bu, həm də Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanındığının göstəricisidir.

Prezident, həmçinin işğal dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindəndə bəhs edərək bildirdi ki, həmin dövrlərdə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i tamamilə yerlə yeksan edilib, qalan ikisi ilə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, islam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları dəyərdində qiymətləndirmişdir.

İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. İşğaldan azad edilən gündən Azərbaycan o torpaqlarda geniş miqyaslı bərpa və yenidənqurma işləri aparır. Prezidentin qeyd etdiyi kimi böyük qayıdış proqramı çərçivəsində bərpa və quruculuq işlərinin davamı olaraq, həmçinin həmin torpaqlara qayıdış bərpa olunur. Artıq 50 mindən çox vətəndaş ata-baba yurdlarına qayıdıblar.

İlham Əliyevin Xankəndidə çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi diplomatik və iqlim gündəliyi baxımdan Cənubi Qafqaz və daha geniş coğrafiya üçün strateji lider ölkədir. Bu Zirvə görüşü göstərdi ki, Azərbaycan artıq postmünaqişə mərhələsini təkcə yenidənqurma ilə deyil, həm də diplomatik fəallıq və beynəlxalq əməkdaşlıqla müşaiət edir. Xankəndindən verilən bu mesajlar təkcə bölgəyə deyil, bütün dünyaya ünvanlanmış çağırış idi. Xankəndidə keçirilmiş ECO Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan yalnız ərazilərini deyil, həm də beynəlxalq etimadı və dəstəyi qazanaraq regionda sülh və rifahın əsas memarına çevrilib.

İntiqam QULİYEV

YAP Ağdam rayon təşkilatının sədr müavini

Digər xəbərlər