PDF Oxu

Siyasət

  • 2 702

Azərbaycan-Özbəkistan münasibətləri qardaşlığa, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır - ŞƏRH

Azərbaycan-Özbəkistan münasibətləri qardaşlığa, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır - ŞƏRH

2025- ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi, o cümlədən, türk dünyasının həmrəyliyinin gücləndirilməsi baxımından mühüm siyasi hadisə oldu. Bu səfərin olduqca yüksək siyasi atmosferdə keçməsi və dövlət başçılarının səmimi açıqlamaları Azərbaycanla Özbəkistanın qardaşlığını dünyaya bəyan etdi. Bir daha təsdiq olundu ki, hər iki dövlət münasibətlərin inkişafında və əməkdaşlıq əlaqələrində ortaq milli və etnik dəyərlərə böyük əhəmiyyət verir. Ümumiyyətlə, Azərbaycan və özbək xalqlarının bir-birinə yaxın və doğma olduqlarını göstərən nümunələr saysız-hesabsızdır. Bunun nəticəsidir ki, müstəqillik illərində iki dövlət və onların xalqları arasında əlaqələrin inkişafı daha geniş vüsət alaraq, yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Ötən əsrin 90-cı illərindən başlanan yeni siyasi-diplomatik münasibətlərin uğurla inkişaf etdirilməsində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Məhz onlar tərəfindən yaradılan möhkəm təməl üzərində Azərbaycan-Özbəkistan əlaqələri sürətlə inkişaf etmiş, iki xalqın qardaşlığı möhkəmlənmişdir. Azərbaycan-Özbəkistan əlaqələri son dövrlərdə daha da inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatmışdır. Bu prosesdə Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dostluğu həlledici rol oynayır. Bu dostluq iki ölkə liderlərinin dostluğu ənənəsinin layiqli davamıdır. Xüsusən son bir neçə ildə edilən qarşılıqlı səfərlər həm dövlət başçıları, həm də Azərbaycanla Özbəkistan arasındakı dostluğun və qardaşlığın təcəssümünə çevrilmişdir. Bunlardan əlavə, Özbəkistan Prezidenti ötən il Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının birinci qeyri-rəsmi Zirvə görüşündə və COP29-da iştirak etmək üçün ölkəmizə səfər etmişdir. COP29 çərçivəsində Bakıda Azərbaycan Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması dövlətlərarası münasibətlərdə yeni əməkdaşlığın əsasını qoymuşdur. Prezident Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana dövlət səfəri zamanı dövlət başçılarının görüşü, mətbuata bəyanatlar, Bakıda 5 hektarlıq ərazidə inşa ediləcək “Özbəkistan” parkının təməlini qoyulması, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışı, “Sea Breeze” istirahət mərkəzi ilə tanışlıq, iyulun 3-də isə prezidentlərin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündən əvvəl Xankəndi şəhərində tikiş fabrikinin fəaliyyəti ilə tanış olmaları, Ağdamda Qarabağ atlarının “Zəfər” şousunu izləmələri, Şahbulaq qalasına getmələri bir daha Azərbaycan-Özbəkistan qardaşlığının və dostluğunun təntənəsi oldu. Bakıda mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət səfərinin layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçdiyini bəyan edərək dedi:
Azərbaycanla Özbəkistanı bu gün ortaq dəyərlər və ortaq strateji maraqlar birləşdirir. Bu mənada Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri həm ikitərəfli əlaqələrin perspektivləri, həm ortaq maraqların realizə olunması, həm də bütövlükdə türk dünyanın birliyi baxımından yeni uğurlar vəd edir.

Şakir Məmmədov
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü
Minkənd kənd tam orta məktəbinin riyaziyyat -informatika müəllimi

Digər xəbərlər