PDF Oxu

Siyasət

  • 1 791

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan hər iki xalq arasındakı əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri sıx dostluğa, qardaşlığa əsaslanmaqla, yüksək səviyyəsinə çatıb. Bu münasibətləri tarixi bağlar daha da möhkəmləndirir. Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində demək olar ki, bütün sahələrdə artan templə inkişaf etməkdədir. Ölkə başçısı bildirib ki, bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Cənab Prezident İlham Əliyev qonaqla görüşdə belə söyləmişdir: "Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir. Hər iki ölkənin xarici siyasət kursu qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünün dəstəklənməsi və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib."

Nuranə Novruzova
YAP Laçın rayon təşkilatının 41 saylı ƏPT-nin fəal üzvü

Digər xəbərlər