PDF Oxu

Siyasət

  • 3 900

“Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var” ŞƏRH

“Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var” ŞƏRH

04.07.2025 - ci il Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO-nun) 17 - ci Zirvə görüşü keçirildi. Bu görüşə Azərbaycan ev sahibliyi etməklə qardaş Türkiyə və Pakistanla yanaşı , İran, Özbəkistan, Qırğızıstan, Tacikistan,Şimali Kipr Cümhuriyyətinin Dövlət Başçıları və həmçinin Qazaxıstan , Türkmənistan və Əfqanıstan dövlət rəsmi heyətlər iştirak etdilər.

Bu görüşdən öncə Qarabağda keçirilmiş, (Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü ) və s. mühim beynəlxalq tədbirlər kimi ,bu görüşün də ( ECO-nun) Qarabağda, Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində təşkil edilməsinin xüsusi mənası var idi.

Belə ki, bu tədbirləri Qarabağ da təşkil etməklə Azərbaycan bütün dünyaya və xüsusilə də işğalçı Ermənistana dəstək olanlara Qarabağın qədim Azərbaycan torpağı olduğunu və bunu heç kəsin dəyişə bilməyəcəyini mesajını vermiş oldu .

Bundan başqa həmçinin Ermənistanın 30 ilə yaxın bir müddətdir işğal altında saxladığı Azərbaycan torpaqlarını necə talan edərək xarabalığa çevirdiyini,

Ermənistanın necə işğalçı , təcavüzkar bir dövlət olduğunu dünyaya.bir daha göstərmiş olduq.

Gözəl təbiətə, füsünkar ab-havaya malik olan Qarabağ, dövlət başçılarını heyran qoydu.

Onlar böyük həvəslə İqtisadi Əməkdaşlığa dair müqavilələr imzalamaqla öz ölkələrinin gələcək inkişafına zəmanət vermiş oldular.

Bu Zirvə görüşü həmçinin az vaxt olmasına baxmayaraq Türk Birliyinin böyük İqtisadi gücünü, dostluq və qardaşlığını sübut etdi.

Şərqi Zəngəzur və Ermənistanın sülhə tezliklə qərar verməsi məsələsinin həllini tezləşdirdi.

Türkiyə və İran prezidentlərinin Azərbaycan dilində şeir söyləməsi və səmmiyyəti xalqlarımızın mədəni, iqtisadi və siyasi addımının bariz nümunəsi idi.

Xankəndində keçirilən bu tarixi Zirvə görüşü müasir Dünya ölkələrinə sübut etdi ki, Azərbaycan Müstəqil və çox güclü bir Dövlətdir o, hazırda müstəqil siyasət aparır və müstəqil qərarları da özü verir.

Bu gün Azərbaycan dövləti Dünyada və Qafqazda söz və güc sahibinə çevrilib.

Yaşasın Azərbaycan !

Yaşasın Türk Dövlətləri Birliyi !

Yaşasın İslam Birliyi !

Qarabağ Azərbaycandır !

Vüsal Məmmədov

YAP Ağdam rayon təşkilatının ,Yeni İmamqulubəyli qəsəbə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər