ABŞ səfirliyi Azərbaycan diplomatlarının peşə bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir:"Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə Azərbaycanın xarici siyasətini irəli aparan bütün diplomat həmkarlarımızı təbrik edir, mühüm fəaliyyətlərində davamlı uğurlar arzulayırıq".