PDF Oxu

Siyasət

  • 914

Xankəndidə diplomatik tarix - ŞƏRH

image

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünün Qarabağın mərkəzi şəhərlərindən biri olan Xankəndidə keçirilməsi, təkcə iqtisadi forum deyil, həm də siyasi və psixoloji baxımdan mühüm bir addım kimi tarixə düşdü. Uzun illər erməni separatçılarının nəzarətində olmuş bu şəhərdə ilk dəfə beynəlxalq səviyyəli tədbirin təşkili Azərbaycan diplomatiyasının mühüm uğuru kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı “Xankəndiyə xoş gəlmisiniz” ifadəsi, beynəlxalq ictimaiyyətə verilmiş bir mesaj idi: “Artıq bu torpaqlarda sülh, quruculuq və beynəlxalq əməkdaşlıq hökm sürür.” Bu mesaj, yalnız keçmişin deyil, gələcəyin də konturlarını müəyyən edir. Zirvə görüşünün Xankəndidə keçirilməsi, işğaldan azad edilmiş ərazilərin reabilitasiya və reinteqrasiya prosesinin artıq beynəlxalq siyasi müstəviyə daşındığını göstərir. Bu, həm də Azərbaycan üçün ərazi bütövlüyünün tam təmin olunduğunun rəsmi və praktiki sübutudur. Belə bir tədbirin bu şəhərdə keçirilməsi, yeni dövrün simvolu və regional sabitliyin təməlidir.

Kəmalə Həsənova

YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT -nin sədr müavini

Laçın rayon 32 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Digər xəbərlər