PDF Oxu

Siyasət

  • 623

Şəhid Vüqar Sadıqovun ildönümündə xatirəsi anılıb

image

13 iyul 2025-ci il tarixində Ağstafa rayonunda Tovuz döyüşləri şəhidi Sadıqov Vüqar Lətif oğlunun ildönümündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Mehtizadə Qurban Aydın oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər