Ümummilli liderin başladığı tarixi missiyasını Prezident İlham Əliyev davam etdirir. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin olunmasının növbəti ildönümü ilə bağlı danışarkən deyib.O qeyd edib ki, Azərbaycan dünyanın geniş coğrafiyasında söz sahibi olan dövlətə çevrilib.“Prezident İlham Əliyevin siyasəti indiyə qədər olduğu kimi qarşıdakı dövrlərdə də Azərbaycan dövlətinə və xalqına uğurlar gətirəcək” – deyə, spiker əlavə edib.