PDF Oxu

Siyasət

  • 599

Şəhid Yaşar Babayevin ildönümündə xatirəsi anılıb

image

14 iyul 2025-ci il tarixində Ağstafa rayonunda Tovuz döyüşləri şəhidi Babayev Yaşar Vasif oğlunun ildönümündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Ələsgərov Mətləb Vüqar oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər