14 iyul 2025-ci il tarixində Ağstafa rayonunda Tovuz döyüşləri şəhidi Mustafazadə Elçin Arif oğlunun ildönümündə əziz xatirəsi yad olunub.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Səfərov Əfqan Nadir oğlunun da məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!