PDF Oxu

Siyasət

  • 507

Ağdamda Allahverən Əliyevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

image

Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini, eyni zamanda 2022-ci ilə qədər YAP Ağdam rayon təşkilatının sədri olmuş Allahverən Əliyevin 70 yaşı tamam olur.

Bu münasibətilə rayon İcra Hakimiyyəti və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilmiş tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, idarə və müəssisələrin rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər natiqlər çıxış edərək Allahverən Əliyevi yubileyi münasibətilə təbrik etmiş, onun rayonun ictimai-siyasi həyatındakı fəaliyyəti ilə bağlı xatirələrini bölüşüblər.

Yubilyar çıxış edərək fəaliyyətinə verilən yüksək dəyərə görə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, kollektivin bütün üzvlərinə, fəaliyyəti dövründə onunla birgə çalışmış şəxslərə, eyni zamanda tədbirin təşkilatçılarına təşəkkür edib.

Yubiley tədbirində Allahverən Əliyevə Fəxri fərman, eyni zamanda xatirə hədiyyələri təqdim edilib.

Digər xəbərlər