PDF Oxu

Siyasət

  • 1 387

Azərbaycan dünyanın diqqət mərkəzindədir

image

“Hər bir cəmiyyətin inkişafında plüralizmin və milli mətbuatın özünəməxsus rolu var. Bu reallıq Azərbaycan cəmiyyətinə də xasdır. Milli mətbuatımız artıq özünün 150 illik yubileyini qeyd edir. Milli mətbuatımızın əsası “Əkinçi” qəzetinin1875-ci il iyulun 22-də nəşrə başlaması ilə qoyulub. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafınada, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, hər dövr mətbuat üçün yeni çağırışlar yaradıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı mətbuatda da transformasiyaları qaçılmaz zərurətə çevirib. Təsadüfi deyil ki, bu günlərdə azad Xankəndidə keçirlən III Şuşa Qlobal Media Forumunun mövzusu da “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olub. Forumda iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev Azərbaycan jurnalistlərini mətbuatımızın yubileyi münasibəti ilə təbrik edib və mediamızın inkişafından məmnunluğunu bildirib. “ Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb”, - deyə dövlətimizin başçısı vurğulayıb. Mətbuat hər bir dövlətin siyasətinin, ideoloji prinsiplərinin təbliğində müstəsna rol oynayır. Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Dövlətimizin başçısı hesab edir ki, bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər: “Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır”.
Millət vəkilinin sözlərinə görə, Forumun mövzusu isə qlobal miqyasda çox aktual olan məsələyə həsr olunub. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısı regional, o cümlədən qlobal miqyasda baş verən proseslərə toxunub, ölkəmizin enerji siyasətinin perspektivləri və digər məsələlərlə bağlı fikirlərini ifadə edib. Cənubi Qafqazda sülh imkanlarından danışan dövlətimizin başçısı Əbu-Dabi görüşünü müsbət dəyərləndirib. Bununla belə, erməni tərəfinə Azərbaycanın şərtlərini xatırladıb. Zəngəzur dəhlizinə gəlincə, cənab Prezident bir daha Azərbaycanın prinsipial mövqeyini xatırladıb. Bu da ondan ibarətdir ki, Naxçıvanla maneəsiz və təhlükəsiz gediş-gəliş təmin olunmalıdır. Dövlətimizin başçısı azad edilmiş ərazilərdə bərpa işləri, Böyük Qayıdış və s. haqqında da fikirlərini ifadə edib.
Xarici siyasətə gəlincə, cənab Prezident deyib ki, bu siyasətin istiqaməti dəyişməyib, lakin forması dəyişib. Səbəb ondadır ki, Qarabağ münaqişəsi tarixdə qaldıqdan sonra bizim işğal zamanı etmədiyimiz məsələlərə indi daha çox vaxtımız var. Bir halda ki, münaqişə həll olunub, vaxt qalır. Bununla belə, bütün sonsuz danışıqlar, Minsk qrupu üçlüyünün bütün mənasız səfərləri çox vaxt aparırdı. O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq. “Geniş region dedikdə, mən Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı və Azərbaycanın yaxınlığında olan bütün yerləri nəzərdə tuturam. Həmçinin Avropa da ola bilər, çünki Avropa İttifaqı ilə gündəliyimiz deyərdim ki, yenidən başlama prosesindədir. Həmçinin əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz də müsbət cavab veririk”,-dövlətimizin başçısı vurğulayıb.
“Bütövlükdə, III Şuşa Qlobal Media Forumunu qloballaşan, süni intellektin geniş tətbiq olunduğu dünyada baş verən proseslərə bi rbaxış kimi də dəyərləndirə bilərik. Forumda 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı Foruma beynəlxalq medianın marağının göstəricisidir. Azərbaycan beynəlxalq media nümayəndələrini bu dəfə Xankəndi şəhərinə toplamaqla bir daha dünyanın diqqət mərkəzində oldu”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər