PDF Oxu

Siyasət

  • 1 351

YAP Qazax rayon təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib.Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tarixi zərurətdən və xalqın istəyi ilə yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi şərəfli və mənalı yoldan danışıb. O qeyd edib ki, partiya qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrilib. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Yeni Azərbaycan Partiyasının dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olduğunu qeyd edib. Onun sözlərinə görə, YAP hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır.
Partiya veteranları - YAP Qazax rayon təşkilatının ilk sədri Abbas Göyüşov, Nəsibə Tağıyeva, Cavanşir Rüstəm, Kazım Kazımlı, partiyanın gənc fəalı Esmira Qəribova çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu qeyd ediblər.
Sonra Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirin sonunda bir qrup partiya veteranı fəxri fərman ilə təltif olunub, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər