28 iyul 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri və həmçinin rayon ictimaiyyətinin nümayəndələri Düzqışlaq kəndində Vətən müharibəsi şəhidi Namazov Taleh Zülfəli oğlunun doğum günü münasibətilə məzarını ziyarət ediblər, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidimizin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!