PDF Oxu

Siyasət

  • 4 269

Ağstafa rayonunda vətən müharibəsi şəhidi Mahmud Əhmədovun doğum günündə xatirəsi anılıb

Ağstafa rayonunda vətən müharibəsi şəhidi Mahmud Əhmədovun doğum günündə xatirəsi anılıb

02 avqust 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Əhmədov Mahmud Fərman oğlunun doğum günü münasibətilə Ağstafa şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin abidə önünə gül dəstələri düzülərək bütün şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər