PDF Oxu

Siyasət

  • 2 549

Amerika-Azərbaycan münasibətlərində yeni səhifə

Amerika-Azərbaycan münasibətlərində yeni səhifə

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onudavurğulamaqlazımdırki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bəli, bu bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Azərbaycan qalib tərəf kimi bu gün də sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmaqdadır.

Avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan mətbuata bəyanatla çıxış ediblər.

Prezident cənab İlham Əliyev Ağ Evdə mətbuata bəyanatla çıxışı zamanı bildirdi: "Əminəm ki, biz münasibətlərimizdə yeni səhifə açırıq. Şəxsi təmasa gəldikdə, bu, Prezident Trampla bizim ilk görüşümüz idi. Çox mehriban, səmimi və nəticəyönümlü görüş keçdi. Təbii ki, mən Prezident Trampı əvvəlki prezidentlik müddətindən və bu altı ayda gördüyü işlərdən tanıyırdım. Prezident Tramp mənim kim olduğumu bilmirdi, amma o, mənim haqqımda komanda üzvlərindən eşidib. Təbii ki, Prezident Trampa mənim şəxsi münasibətim hər zaman çox müsbət olub və hətta keçən ilin ortalarında mənə ABŞ-dakı seçkilərlə bağlı sual verəndə, mən düşündüyümü açıq şəkildə demişdim. Demişdim ki, biz onu dəstəkləyirik. Çünki o, yəqin ki, müharibələr başlamayan yeganə Amerika prezidentidir və bu həqiqətdir. O, Azərbaycan xalqı kimi ailə dəyərlərinə önəm verən insandır. Təbii ki, bu gün mətbuat konfransında qeyd etdiyim kimi, o, bu altı ay ərzində qeyri-mümkün görünən işlər gördü: istər Afrikada, Asiyada və Cənubi Qafqazda. O, sülh gətirir və ortaya nəzərə çarpan nəticələr qoyur. Beləliklə, mən bu baxımdan bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm."

Əldə olunan bütün nəticələr cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti təntənəsidir.

Azərbaycanı zəfərdən zəfərə, uğurdan uğura aparan siyasətin memarı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız yeni-yeni siyasi nailiyyətlərə imza atmaqdadır.

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər