PDF Oxu

Siyasət

  • 651

Putin – Tramp görüşünün gündəliyi açıqlandı FOTO

image

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Donald Tramp arasında Alyaskada danışıqların başlamasının dəqiq vaxtını açıqlayıb. Bildirib ki, görüş avqustun 15-i Moskva vaxtı ilə saat 22:30-da Elmendorf-Riçardson hərbi bazasında tərcüməçilərin iştirakı ilə təkbətək formatda başlayacaq.

Yuri Uşakov danışıqların “beşdən beşə” formuluna əsasən aparılacağını qeyd edib. Artıq Rusiya Federasiyası Alyaskada keçiriləcək sammitdə iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb. Tezliklə Amerika tərəfi də Alyaskada keçiriləcək sammitin bütün iştirakçılarını elan edəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov nümayəndə heyətinin tərkibini və Vladimir Putinlə Donald Trampın Alyaskadakı görüşünün proqramını açıqlayıb.

Uşakov həmçinin bildirib ki, sammitin əsas mövzusu Ukraynadakı vəziyyət olacaq. Amma Putin və Tramp başqa məsələlərə də toxunacaqlar. ABŞ prezidenti Rusiya –Ukrayna müharibəsində ilkin olaraq atəşkəsə nail olunmasını istədiyi vuğulanır. Lakin Moskvanın rəsmi mövqeyi dəyişmir, çünki Rusiya prezidenti Vladimir Putin üçün Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmaq vacibdir.

İlham

Digər xəbərlər