PDF Oxu

Siyasət

  • 1 430

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

image

Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi və şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 106-cı ildönümündə əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edərək məzarı önünə gül dəstələri qoyub. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Digər xəbərlər