PDF Oxu

Siyasət

  • 1 277

Leyla Abdullayeva Fransanın yeni səfirinin dövründə Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümid bəslədiyini bildirib

image

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laquttu Fransanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümidvar olduğunu bildirib. SİA-nın xəbərinə görə, bu barədə azərbaycanlı diplomat "X" hesabında yazıb."Hörmətli həmkarım Sofi Laquttu səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək", - L.Abdullayeva vurğulayıb.

Digər xəbərlər