ABŞ prezidenti Donald Tramp əvvəlcə Ukrayna prezidenti Vladimir Zelenski və Kreml rəhbəri Vladimir Putinin görüşməsini istəyir və yalnız bundan sonra özü ilə üçtərəfli görüş keçirməyi planlaşdırır. Bu barədə “The Guardian” öz mənbələrinə istinadən xəbər yayıb. “The Guardian” nəşri iddia edib ki, Donald Tramp baş müşavirlərinə üçtərəfli görüşün iki ölkə liderlərinin görüşündən sonra baş tutacağını bildirib.
ABŞ prezidenti son günlər müşavirlərinə bildirib ki, o, iki liderlə yalnız görüşdükdən sonra üçtərəfli görüş keçirmək niyyətindədir, baxmayaraq ki, həmin ilk görüşün baş tutub-tutmayacağı bəlli deyil və Tramp bu səydə iştirak etmək niyyətində deyil.
Çərşənbə axşamı günü WABC-də tok-şou aparıcısı Mark Levinlə telefonla müsahibə verən Tramp həmçinin deyib ki, onun fikrincə, Putin və Zelenskinin əvvəlcə onsuz görüşməsi daha yaxşı olardı: "Mən sadəcə olaraq görüşdə nə baş verdiyini görmək istəyirəm. Onlar bunu indi təşkil edirlər və biz nə olacağını görəcəyik".
Yüksək rütbəli administrasiya rəsmisi vəziyyəti ABŞ prezidentinin Kremlin rəhbəri Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş təyin etmək ehtimalı ilə bağlı “gözlə-gör” mövqeyi kimi qiymətləndirib. Bununla belə, son günlər real irəliləyiş əlamətləri az olub və Ağ Evdə görüşün keçirilə biləcəyi yerlərin siyahısı yoxdur.
Ağ Evdən bildirilib ki, “Tramp və onun milli təhlükəsizlik komandası müharibəni bitirmək üçün ikitərəfli görüş keçirmək üçün Rusiya və Ukrayna rəsmiləri ilə işləməyə davam edir... Bu məsələlərin açıq müzakirəsi milli maraqlara uyğun deyil”.
Turan