PDF Oxu

Siyasət

  • 1 178

Baş Prokurorluq Laçında beynəlxalq konfrans keçirib

image

Laçında Baş Prokurorluq tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyənin Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani çıxış edibKamran Əliyev bildirib ki, bu beynəlxalq tədbir həm hüquqi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir:"Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu təşəbbüs əslində böyük anlam kəsb etməklə suverenliyimizin əldə olunması, eləcə də hüquqi dövlət quruculuğu ilə bağlı tariximizə olan ehtiramın göstəricisi və onun əbədiləşdirilməsi istiqamətində atılmış böyük bir addımdır".Baş Prokuror qeyd edib ki, hər bir hüquqi dövlətin Konstitusiyası onun üstün qüvvəyə malik ali hüquqi sənədi hesab edilir:"Dövlətin qurluşunu, hakimiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirən bu mühüm sənəd qanunvericiliyin formalaşdırılması və inkişafında önəmli rola malikdir.1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü (1921-ci il mayın 19-da, 1925-ci il martın 14-də, 1978-ci il aprelin 21-də) Konstitusiyadır. Belə ki, Azərbaycan Konstitusiyasının yaranması tarixi SSRİ dövrünə təsadüf edir və əvvəlki 3 redaksiya məhz həmin dövrlərdə qəbul edililib".Kamran Əliyev deyib ki, Azərbaycan konstitusiyasının təkamül tarixindən bəhs edərkən həyatı boyu Azərbaycan xalqına, vətəninə bağlı olub və ona sədaqətlə xidmət etmiş Ümummilli lider Heydər Əliyevin irsi xüsusi olaraq qeyd edilməlidir:"Belə ki, əvvəlki Konstitusiyalarımızdan fərqli olaraq məhz onun rəhbərliyi altında hazırlanmaqla 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyanın “Dövlət və şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi".Baş Prokuror bildirib ki, onilliklər boyu işğal altında olmuş Laçın rayonunda beynəlxalq səviyyəli bir konfransı keçirmək və bu qürur dolu anları yaşamaq Azərbaycan Prezidenti İlham Əliyevin siyasi səriştəsi, qətiyyətli iradəsi və Azərbaycanın Silahlı Qüvvələrinin rəşadətinin nəticəsidir:" Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə suverenliyini elan etsə də, onun reallaşdırılması uzun bir mübarizə nəticəsində mümkün olub. Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistanın Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış “44 günlük Vətən” müharibəsində əldə edilmiş tarixi qələbə, eləcə də müharibədən sonra Qarabağda Ermənistanın rəhbərliyi tərəfindən silahlandırılmaqla fəaliyyət göstərən separatçı rejimin qalıqlarının 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində məhv edilməsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilmiş və süquta uğradılmaqla Azərbaycan dövlətinin suverenliyi tam bərpa edilib".Daha sonra nümunəvi xidmətlərinə görə azad olunmuş ərazilərdə xidmət aparan bir sıra əməkdaş təltif edilib.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.

Digər xəbərlər