26 avqust – Laçın Şəhər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 51 saylı Ərazi Partiya Təşkilatının və Laçın rayon Mehman Səfərov adına Qozlu kənd tam orta məktəbinin müəllim kollektivi növbəti tədris ilinin ilk iş günündə əlamətdar bir tədbir keçirib.
Tədbirdə çıxış edən müəllimlər və təşkilat üzvləri Laçın şəhərinin işğaldan azad olunmasının ölkəmiz üçün tarixi əhəmiyyətindən bəhs edib, bu möhtəşəm zəfərin əldə olunmasında Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz rolunu xüsusi vurğulayıblar.
Müəllimlər Laçınla bağlı keçmiş xatirələrini, doğma yurda qayıdış ümidi ilə illərlə yaşadıqları duyğuları, hazırda isə gerçəkləşən arzularını bölüşüblər. Onlar Laçının bərpası və inkişafı üçün həyata keçirilən genişmiqyaslı layihələrdən qürur duyduqlarını ifadə edərək, yaxın gələcəkdə doğma yurdlarına qayıdıb fəaliyyətlərini orada davam etdirmək istədiklərini bildiriblər.