PDF Oxu

Siyasət

  • 441

Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüşün yekunlarına dair birgə bəyanat

image

2025-ci ilin avqust ayının 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə keçirilmiş üçtərəfli yüksəksəviyyəli görüş regionun siyasi, iqtisadi və mədəni əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik oldu. Görüşün yekunlarına dair mətbuata təqdim olunan birgə bəyanatda tərəflər arasında dostluq və qarşılıqlı etimad əsasında qurulan münasibətlərin daha da inkişaf etdirilməsi iradəsi vurğulandı. Liderlər regional və beynəlxalq məsələlərdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini ifadə edərək, bu formatda görüşlərin müntəzəm keçirilməsinin vacibliyini qeyd etdilər. Bəyanatda enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, su ehtiyatlarının səmərəli istifadəsi, eləcə də ekoloji təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair konkret istiqamətlər əks olundu. Xəzər dənizindən keçən nəqliyyat dəhlizlərinin potensialından tam istifadə olunması və bu marşrutların rəqabətqabiliyyətinin artırılması məqsədilə birgə infrastruktur layihələrinin reallaşdırılması qərara alındı. Tərəflər həmçinin “yaşıl enerji”nin təşviqi, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi və bu sahədə birgə texnoloji təşəbbüslərin dəstəklənməsi barədə ortaq mövqelərini ifadə etdilər. Mədəni-humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, ali təhsil və elm sahələrində mübadilələrin təşviqi də bəyanatda xüsusi yer tutdu. Üç ölkənin prezidentləri regional sabitlik və təhlükəsizliyin təmin olunmasında birgə səylərin artırılmasının vacibliyini qeyd edərək, beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə əsaslanan əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladılar. Yüksəksəviyyəli görüşün yekunu olaraq qəbul edilmiş birgə bəyanat, Türkmənistan, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Bu sənəd tərəflər arasında mövcud əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir və regionda sabitlik, tərəqqi və davamlı inkişaf üçün möhkəm təməl yaradır.

Zəravənd Quliyev

YAP Laçın rayon təşkilatının 44 saylı ƏPT-nin sədri

Digər xəbərlər