PDF Oxu

Siyasət

  • 539

Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir - ŞƏRH

image

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə regionda baş verən siyasi proseslərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Müsahibədə Azərbaycan Prezidenti regionda sabitlik və davamlı sülh üçün ölkənin atdığı addımları, Ermənistanla münasibətlərdə mövcud vəziyyəti və gələcək perspektivləri dolğun şəkildə izah edib. O, açıq və qəti şəkildə bildirib ki, Azərbaycan bölgədə sülh və əməkdaşlıq naminə konkret və konstruktiv mövqe nümayiş etdirir. Prezidentin sözlərinə görə, Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr artıq bölgədə uzun illər davam edən qarşıdurmanın və gərginliyin sonu ola bilər. Bu tarix, faktiki olaraq, yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Müsahibədə İlham Əliyev qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin imzalanması və qarşılıqlı etimadın yaradılması regionun inkişafı üçün əsas şərtlərdəndir. Prezident həmçinin bəyan edib ki, Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır və artıq bir çox konkret addımlar atılıb. O, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha vurğulayıb və bildirib ki, ölkəmiz heç bir dövlətin ərazisində gözü yoxdur, sadəcə öz suverenliyini və ərazi bütövlüyünü təmin etmişdir. Müsahibədə diqqətçəkən məqamlardan biri də Azərbaycanın regiondakı əməkdaşlıq təşəbbüslərinə dair baxışları oldu. Prezident bildirdi ki, bölgədə nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq imkanları mövcuddur və bu imkanlardan bütün region ölkələri yararlana bilər. Onun sözlərinə görə, yalnız qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşma ilə davamlı sülh mümkündür. İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan regionun aparıcı ölkəsi kimi məsuliyyətini dərk edir və bu rolu sülh və inkişaf məqsədilə istifadə edir. “Əl-Ərəbiyyə” telekanalına müsahibə zamanı Prezident İlham Əliyev qlobal məsələlərə də toxundu. O, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfədən danışaraq bildirdi ki, ölkəmiz bu sahədə etibarlı tərəfdaş kimi tanınır və dünya enerji bazarında sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, müsahibədə Azərbaycanın İslam dünyası ilə münasibətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı və xarici siyasət prioritetləri də diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin bu müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan sülh, əməkdaşlıq və inkişaf yolunu seçmiş bir dövlətdir. Müsahibənin mesajı aydındır: bölgədə yeni bir dövr başlayır və bu dövrün əsasını dialoq, qarşılıqlı anlaşma və sülh təşkil etməlidir. Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr yalnız diplomatik bir görüş deyil, həm də Cənubi Qafqazın gələcəyinə yönəlik müsbət bir dönüş nöqtəsi kimi tarixə düşə bilər.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər