PDF Oxu

Siyasət

  • 932

"Qarabağa artıq 50 mindən çox insan qayıdıb" - ŞƏRH EDİLDİ

image

"Böyük Qayıdış çərçivəsində Qarabağda – Kəlbəcərdə, Laçında, Qubadlıda böyük işlər görülür. Orada həm infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, geniş və müasir tunellər tikilir. Eyni zamanda sosial-məişət obyektləri, fabriklər tikilir, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa olunur". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.Siyasətçinin sözlərinə görə, həmçinin yaşayış məskənləri – kəndlər və şəhərlər sıfırdan qurulur: "Ölkənin 20%-i ermənilər və onları himayə edən digər güclər tərəfindən viran edilib. İndi həmin ərazilərdə demək olar ki, hər şey sıfırdan yaradılır. Yollar da dağıdılıb, kəndlər və şəhərlər də viran qoyulub. Su xətləri, elektrik xətləri, qaz boruları – insan yaşayışı üçün lazım olan bütün infrastruktur yenidən qurulur və bərpa olunur. Çayların üzərində su elektrik stansiyaları qurulur, həmin ərazilərə elektrik enerjisi çatdırmaq üçün yollar çəkilir, binalar tikilir. Qısacası, insanların rahat yaşaması üçün nə lazımdırsa, orada qurulur.Doğrudur, dağıntıların miqyası çox böyükdür, hələ görüləsi çox iş var. Demək olar ki, təxminən 1 milyondan çox əhalisi olan bölgəyə bu günə kimi 50 mindən artıq insan qayıdıb. Amma bütün hallarda dövlət öz imkanları və resursları ilə çalışır ki, bölgəni abadlaşdırsın, yaşayış məntəqələri inşa olunsun və insanlar öz vətənlərinə, tarixi yurdlarına qayıtsınlar. Düşünürəm ki, Azərbaycan dövlətinin Qarabağın bərpası ilə bağlı apardığı işlər çox böyükmiqyaslı və təbii ki, zəruri işlərdir. Bu işlər mütləq görülməlidir ki, insanlar qayıtdıqda orada rahat şəkildə yaşaya bilsinlər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər