PDF Oxu

Siyasət

  • 1 024

"Biz haqlı idik və Avropanın dediyi kimi hərəkət edə bilməzdik" - ŞƏRH EDİLDİ

image

"Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq siyasət yürüdür və bu siyasət də özünü doğruldur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.O bildirib ki, artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi paraflanıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı “Tramp marşrutu” məsələsi həll olunub: "Avropa İttifaqı ilə bağlı isə bizim parlament nümayəndələrinin məsələsi hələlik açıq qalır, yəni orada iştirak etmirlər. Ancaq biz iqtisadi əlaqələrimizi inkişaf etdiririk. Avropa İttifaqının 10 ölkəsinə qaz ixrac edirik. Avropa İttifaqının ayrı-ayrı 10 ölkəsi ilə strateji müttəfiqlik haqqında bəyanatlarımız var və biz onları qazla təsisat edirik. Bu, eyni zamanda Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük yardım deməkdir.Ursula fon der Leyen dəfələrlə qeyd edib ki, Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində Azərbaycan böyük təminat verir. Ona görə də hesab edirəm ki, Avropa İttifaqının üzv dövlətləri ilə biz ikitərəfli əlaqələrimizi saxlayırıq. Ancaq hələlik İttifaqın rəhbərliyi ilə birbaşa münasibətlərdə müəyyən fasilə var. Azərbaycanın nümayəndə heyəti, yəni parlament üzvləri, hazırda orada iştirak etmirlər. Bu da təbii ki, hesab edirəm ki, yaxın illərdə öz həllini tapacaq. Çünki Azərbaycan öz mövqeyindən geri çəkilmədi və çəkilməyəcək. Biz haqlı idik və Avropanın dediyi kimi hərəkət edə bilməzdik. Çünki bu, bizim milli maraqlarımıza, dövlət maraqlarımıza uyğun deyildi. Hesab edirəm ki, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü diplomatiya sayəsində bu mümkün oldu və düşünürəm ki, Avropa İttifaqı da artıq bizim bu siyasətimizlə barışır və gələcəkdə onlar da bu prosesdən razı qalacaqlar. Ona görə də gələcəkdə biz digər ölkələr kimi Avropa İttifaqı ölkələri ilə də münasibətlərimizi normallaşdıracağıq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər