PDF Oxu

Siyasət

  • 1 003

"ŞƏT-də qəbul edilən qərarlar region və dünyada yeni nizam formalaşdırır" - POLİTOLOQ ŞƏRH ETDİ

image

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qəbul edilən qərarlar təkcə iştirakçı ölkələr üçün deyil, bütövlükdə region və dünya siyasəti üçün mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu təşkilat dünyanın ən böyük geosiyasi platformalarından biridir və üzv ölkələrin əhalisi, iqtisadi gücü, enerji resursları, həmçinin təhlükəsizlik sahəsindəki potensialı qlobal miqyasda böyük təsir gücünə malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.Onun sözlərinə görə, sammitdə qəbul edilən qərarların regiona təsirinə gəldikdə əsas istiqamət təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlıdır. Təşkilat üzvləri arasında siyasi dialoqun güclənməsi regional sabitliyin qorunmasına xidmət edir: "Bu, xüsusilə də Cənubi Qafqaz, Mərkəzi Asiya və Orta Şərq kimi həssas bölgələrdə münaqişələrin qarşısının alınmasında və əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. İqtisadi tərəfdən isə qəbul edilən qərarlar yeni ticarət əlaqələrinin qurulmasına, alternativ enerji və nəqliyyat marşrutlarının inkişafına təkan verir. Məsələn, Orta Dəhlizin inkişafı ilə bağlı qərarlar region ölkələrinin Avropa və Asiya bazarlarına çıxış imkanlarını artırır ki, bu da həm iqtisadi şaxələndirmə, həm də sosial rifah baxımından müsbət nəticələr vəd edir.Qlobal müstəvidə isə ŞƏT sammiti göstərir ki, dünya artıq təkqütblü sistemlə məhdudlaşmır. Təşkilatın qərarları beynəlxalq münasibətlərdə çoxqütblülüyün möhkəmlənməsinə, yeni güc mərkəzlərinin formalaşmasına xidmət edir. Bu, xüsusilə Qərbin təsir dairəsinin azaldığı bir vaxtda Asiya ölkələrinin beynəlxalq arenada daha aktiv rol almasının göstəricisidir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində verilən qərarlar həm regionda sabitliyin qorunmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə, həm də dünyada yeni balansların formalaşmasına təsir göstərəcək. Bu qərarlar gələcəkdə beynəlxalq əməkdaşlıq modellərinin dəyişməsinə və yeni geosiyasi nizamın qurulmasına zəmin yarada bilər".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər