"2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı olduqca vacib idi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.O bildirib ki, bunun səbəbi ondan ibarətdir ki, istər qonşu Rusiya və İran, istərsə də Fransa və digər Avropa ölkələri bu münaqişənin bölgədə davam etməsində maraqlı idilər: "Onlar həmin ərazilərdəki vəziyyətin sabitləşməsinə deyil, əksinə, gərginliyin davam etməsinə çalışırdılar və hərtərəfli yardım göstərməyə də can atırdılar.Xatırlayırıq ki, Laçın rayonu ərazisindən Xankəndiyə yönələn xeyli sayda avtomobil karvanı gəlmişdi. Onlar guya “humanitar yardım” gətirirdilər, amma əslində bu siyasi təzyiqin bir forması idi. Azərbaycan dövləti özü kifayət qədər imkanlara malik idi və bu insanları yaşatmaq üçün hər şeyi edirdi.Antiterror əməliyyatının əsas strateji məqsədi isə Qarabağ bölgəsində qanunsuz silahlı erməni birləşmələrinin zərərsizləşdirilməsi, onların siyasi və hərbi təsir imkanlarının aradan qaldırılması və bununla da Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin bərpa edilməsi idi. Bu əməliyyat eyni zamanda bölgədə daimi sülhün təmin olunması və Ermənistanın regional təxribatlarının qarşısının alınması üçün də həyata keçirilmişdi.Əməliyyatdan sonra Ermənistanın həmin ərazilərdə saxladığı 10 mindən çox silahlı qüvvə geri çəkildi, silahlarını yerində qoyaraq ərazini tərk etdilər. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etdi – həm Qarabağda, həm də Şərqi Zəngəzurda. Bu, böyük tarixi əhəmiyyətə malik bir hadisədir".
Müəllif: Günel Fərzəliyeva