PDF Oxu

Siyasət

  • 1 028

Samuxda ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib

image

Samuxda ali məktəblərə yüksək balla daxil olan tələbələrlə Samux şəhəri Heydər Əliyev Mərkəzində görüş keçirilib. Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayon hüquq mühavizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.

Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Tələbə adını qazanan gənclər, eləcədə onların müəllimləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim edilib.

Digər xəbərlər