PDF Oxu

Siyasət

  • 1 282

Tacikistanla münasibətlərimizin səviyyəsi xalqlarımızın bir-birinə hörmət və etimadından irəli gəlir - Prezident

image

Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. SİA xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.Prezident Emoməli Rəhmona və Tacikistan xalqına öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını çatdıran dövlətimizin başçısı qeyd edib: “Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması bizi sevindirir”.Azərbaycan Prezidenti əlavə edib ki, ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin genişlənməsi üçün əlverişli zəmin yaradır: “Cari ilin iyulunda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakınızı və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram”.Dövlətimizin başçısı məktubunda əmin olduğunu bildirib ki, mövcud imkanlardan istifadə edərək birgə səylərlə Azərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı fəaliyyətin daha da dərinləşməsinə nail olacağıq.

Digər xəbərlər