PDF Oxu

Siyasət

  • 972

Samuxda ali məktəblərə yüksək nəticələrlə qəbul olunan gənclərlə görüş keçirilib

image

Samux rayonundakı Heydər Əliyev mərkəzində ali məktəblərə yüksək nəticələrlə qəbul olunan gənclərlə görüş keçirilib.Görüşdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Firdovsi Əliyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Samux RİH-in başçısı Firdovsi Əliyev tələbə adını qazanan gəncləri təbrik edib, onlara bilikli, bacarıqlı gənc kadrlar kimi ölkəmizin inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.
Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları bu sahənin inkişafını təmin edib. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Tələbə adını qazanan gənclər, eləcə də onların müəllimləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Digər xəbərlər