PDF Oxu

Siyasət

  • 1 216

IsDB Qrupunun illik toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

image

İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri
Samir Şərifov - Baş nazirin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Mikayıl Cabbarov - iqtisadiyyat naziri
Təşkilat Komitəsinin üzvləri:
Ceyhun Bayramov - xarici işlər naziri
Sahil Babayev - maliyyə naziri
Adil Kərimli - mədəniyyət naziri
Kəmaləddin Heydərov - fövqəladə hallar naziri
Vilayət Eyvazov - daxili işlər naziri
Rəşad Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri
Teymur Musayev - səhiyyə naziri
Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi
Fuad Nağıyev - Dövlət Turizm Agentliyinin sədri
Taleh Kazımov - Mərkəzi Bankın sədri
Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək.

Digər xəbərlər