PDF Oxu

Siyasət

  • 1 121

Vaşinqtonda əldə olunan razılaşma regionda əməkdaşlıq mühitinin yaranmasına təkan verir - Əli Hüseynli

image

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru atılmış mühüm addım kimi qiymətləndirilir. Son dövrlərdə Azərbaycanın həyata keçirdiyi prinsipial və ardıcıl diplomatik siyasət, ölkə rəhbərliyinin müdrik və uzaqgörən yanaşması beynəlxalq vasitəçilərlə əməkdaşlıq çərçivəsində konkret nəticələrə gətirib çıxarıb. Vaşinqtonda əldə olunan razılaşma isə bu prosesin məntiqi davamı olaraq, regionda sabitlik və əməkdaşlıq mühitinin yaranmasına təkan verir. SİA xəbər verir ki, bu fikirləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib. Ə.Hüseynli vurğulayıb ki, hazırkı geosiyasi reallıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazırlıqlı olduğunu göstərir. Onun sözlərinə görə, bu razılaşma təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, həm də Cənubi Qafqazın bütövlükdə davamlı inkişafı və təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.Komitə sədrinin sözlərinə görə, Vaşinqtonda aparılan danışıqlar və əldə olunan nəticələr bir daha göstərdi ki, konstruktiv dialoq və qarşılıqlı etimada əsaslanan diplomatik təşəbbüslər münaqişələrin həllində effektiv vasitə kimi çıxış edə bilər. Bu prosesin əsas məğzi isə liderliyin müdrikliyində və tərəflərin qarşılıqlı siyasi iradəsindədir. “Azərbaycan bundan sonra da sülh və əməkdaşlıq gündəliyinə sadiq qalaraq, regionda davamlı sabitliyin təmin olunması üçün bütün imkanlardan istifadə etməyə hazırdır”, - deyə Əli Hüseynli əlavə edib.

Digər xəbərlər