PDF Oxu

Siyasət

  • 1 189

Kim Çen Inın səhhətində problemlər yaranıb? FOTO

image

Koreyalı şərqşünas Andrey Lankov Şimali Koreya liderinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından dərhal sonra Kim Çen Inı müşayiət edən əməkdaşların niyə onun toxunduğu hər şeyi belə diqqətlə təmizlədiyini izah edib. Ekspertin sözlərinə görə, onlar Kimin səhhəti ilə bağlı hər hansı bir məlumat əldə etmək cəhdlərinin qarşısını almaq üçün "onun varlığının bütün izlərini məhv ediblər".

Medianın əldə etdiyi görüntülərdə şimali koreyalıların, hətta siyasətçinin oturduğu kreslonu bir neçə dəfə sildiyi də görünür. Hətta onun içdiyi stəkanı da götürüblər. Lankov bütün bu hərəkətləri KXDR-in yüksək rütbəli məmurları üçün standart təhlükəsizlik protokolu adlandırıb.

Koreyalı ekspert onu da xatırladıb ki, Kim Çen Inın səhhətindəki problemlər barədə şayiələr son illər güclənib.

Andrey Lankov bildirib ki, KXDR rəhbərliyi bu məlumatı gizli saxlamağa çalışır: “Xüsusən də Kim Çen Inın ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi halında KXDR-də hakimiyyətin ötürülməsi məsələsinə hansısa şəkildə təsir etmək üçün həm siyasi səbəbləri, həm də texniki imkanları olan və ola biləcək ölkələrdən”.

İlham

Digər xəbərlər