PDF Oxu

Siyasət

  • 1 173

Göygöldə ali məktəblərə yüksək balla qəbul olunan gənclərlə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatında ali məktəblərə yüksək balla qəbul olunan tələbələrlə görüş keçirilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə təhsil sektorunun əməkdaşı Zülfiyyə Kamalova, məktəb rəhbərləri və valideynlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Göygöl şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tələbə adını qazanan gəncləri təbrik edib, onların bilikli və bacarıqlı gənc kadrlar kimi gələcəkdə Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları çərçivəsində yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması təhsilin keyfiyyətinin yüksəlməsinə mühüm təsir göstərir.
Tələbə adını qazanan gənclər, eləcə də onların müəllimləri və valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan gənclərə xatirə hədiyyələri, məktəb rəhbərlərinə isə fəxri fərmanlar təqdim edilib.

Digər xəbərlər