PDF Oxu

Siyasət

  • 451

Elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq

image

Sentyabrın 12-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ məlumat yayıb.

Bildirilib ki, 110 kV-luq hava elektrik verilişi xəttinin çəkilişi ilə əlaqədar, 35 kV-luq Parağaçay hava elektrik verilişi xətti sifariş əsasında açılacaq.

Bu səbəbdən10:30-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd olunub ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçirilir.

Digər xəbərlər