PDF Oxu

Siyasət

  • 630

Ağstafa rayonunda vətən müharibəsi şəhidi Elnur Həsənovun doğum günündə xatirəsi anılıb

image

15 sentyabr 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Həsənov Elnur Elman oğlunun doğum günü idi.

Bu münasibətlə Ağstafa şəhər Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı və Ağstafa Rayon İcra Hakimiyyəti aparatıəməkdaşlarının və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdəşəhidimizin ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər