“1918-ci ilin payızı Bakının erməni daşnaqlarından xilas edilməsi Azərbaycan tarixinin unudulmaz səhifəsidir. Çünki həmin günlərdə Bakıda, Gəncədə baş verən hadisələr, ermənilərin törətdiyi kütləvi qırğınlar Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olub. Lakin Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam ordusunun Bakıya daxil olması və kütləvi iğtişaşlarının qarşısının alınması, erməni daşnaqlarının 154 günlük təcavüzünə son qoydu. Bu tarixi bir gündür və Azərbaycan xalqı 15 sentybarı daim xatırlayır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Deputat bildirib ki, erməni daşnaqlarının Azərbaycan xalqının başına gətirdiyi bəlalar yalnız 1918-ci il ilə bitmir: “Belə ki, 1905-1907, 1918-1920, 1948-1953 və son 32 ildə biz bu hadisələrin canlı şahidi olmuşuq. 1988-ci ildən başlayan erməni təcavüzü 2020-ci ildə Azərbaycan ordusunun qəhrəmanlığı, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində öz həllini tapdı. Bu gün Azərbaycan suveren dövlətdir və öz ordusu, həmrəyliyi, dünyada qazandığı nüfuz ilə haqlıdır.Son illərin hadisələri göstərdi ki, erməni faşizminə qarşı mübarizə unudulmamalıdır və bu mübarizə ardıcıl olaraq davam etdirilməlidir. Çünki torpaqlarımız bu gün azad olsa da, yenə də daşnaq ermənilər tərəfindən yenidən müharibə cəhdlərinin şahidi olmuşuq. Azərbaycan Prezidentinin qətiyyətli addımları nəticəsində sülh müqaviləsinə böyük ümidlər yarandı. 15 sentyabr Azərbaycan üçün tarixi udulmazdır.Bakı son illərdə özünün yüksəliş dövrünü yaşayır. Paytaxtda həyata keçirilən beynəlxalq tədbirlər, şəhərin abadlaşdırılması, yeni yaşayış massivlərinin salınması şəhərin ümumi mənzərəsini daha yaxşılaşdırıb. İnsanların rahatlığı, istirahəti üçün hər bir şərait yaradılıb. Bakı beynəlxalq tədbirlər mərkəzi kimi şöhrət qazanıb”.