PDF Oxu

Siyasət

  • 675

Antiterror tədbirləri: nəticə və zərurətlər... - ŞƏRH

image

2020-ci il sentyabr ayının 27-də başlanmış ikinci Qarabağ müharibəsi elə həmin il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatla başa çatır. Həmin bəyanata əsasən Ağdam, Kəlbəcər, Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Bəyanatın imzalanması videokonfrans formasında nəzərdə tutulsa da, Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı dünya ictimaiyyəti qarşısında imzalamaqdan imtina edərək, kapitulyasiya aktına gizlicə imza atır.

Kapitulyasiya aktının imzalanması ilə qalib və məğlub tərəf təsdiq edildi. 44 günlük müharibə ərzində Azərbaycanın güclü ordusu inanılmaz qəhrəmanlıq nümayiş etdirərək, Qarabağda “keçilməz” deyilən müdafiə xəttini yerlə-yeksan edərək, Ermənistan sərhədlərinə doğru irəlilədi. Şuşa azad edildikdən sonra Ermənistan ordusu demək olar ki, tam darmadağın edildi və İrəvan bununla kapitulyasiya aktını imzalamağa razılıq verdi.

2020-ci il noyabr ayının 10-da kapitulyasiya aktının imzalanmasına baxmayaraq, 10 mindən artıq Ermənistanın qanunsuz silahlı birləşmələri Qarabağ ərazisini tərk etmirdilər. Ancaq Bəyanatda qeyd edilmişdi ki, həmin birləşmələr ərazidən çıxarılsın.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəziyyəti daha da gərginləşdirməmək üçün sülh yolu ilə bütün məsələlərin həllinə çalışsa da, Ermənistan tərəf edilən təkliflərə məhəl qoymayaraq, kapitulyasiya aktının bəndlərinə əməl etmirdilər. Təəssüflər olsun ki, üç il ərzində qanunsuz silahlı birləşmələr Qarabağı tərk etmək əvəzinə, sayları daha da artır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəf bununla əlaqədar olaraq dəfələrlə Ermənistan rəhbərliyinə, eyni zamanda beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistan silahlı qüvvələrinin Qarabağdakı mövcudluğunu qanunsuz hesab etsə də, istər beynəlxalq ictimaiyyət, istərsə də Ermənistan rəhbərliyi bu tələbləri qulaqardına vurur.

Azərbaycan rəhbərliyi müharibədən sonra dəfələrlə sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfə müraciət etsə də, Ermənistan rəhbərliyi bundan da boyun qaçırır. Bu da 2021-ci ildən başlayan sərhədlərin delimitasiyası zamanı tez-tez ciddi problemlər ortaya çıxarır. Mütəmadi olaraq Ermənistan tərəfi silahlı təxribatlara əl atır, gərginliyi günü-gündən artırırlar.

2020-ci il noyabr ayının 10-da imzalanmış Bəyanata Ermənistan tərəf əməl etmir, Qarabağdan öz ordusunu çıxartmaq yerinə, orada yüzdən çox tank, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğusu, müasir hava hücumundan müdafiə sistemləri, həmçinin, radioelektron mübarizə vasitələri yerləşdirirlər.

Ölkə başçısı İlham Əliyev antitterror əməliyyatından əvvəl dəfələrlə Ermənistan rəhbərliyinə xəbər yollasa da, Ermənistan rəhbərliyi bütün təklifləri rədd edərək, yeni əməliyyatların baş verməsinə zərurət yaradır. Elə həmin ilin aprel ayının 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi də yaradılmışdı. Bu addım da üçtərəfli bəyanatın müddəaları arasında yer alırdı, ancaq bölgü zamanı ordumuz Ermənistan tərəfindən müqavimətlə qarşılaşır. Ancaq buna baxmayaraq Azərbaycan lazımi addımları atır və Qarabağa yeni silah-sursat və digər döyüş texnikalarının gətirilməsinin qarşısını alır.

Ermənistan rəhbərliyinin bəyanata əməl etməməsi Azərbaycan Ordusunu yeni hərbi əməliyyatlara vadar edir. Azərbaycan Ordusu Ölkə Başçısının göstərişi ilə dövlətimizin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün 2023-cü il sentyabr ayının 19-dan 20-nə keçən gecə qısamüddətli və lokal xarakterli antitterror əməliyyatı həyata keçirir. Bununla düşmənin əsas hərbi infrastrukturu zərərsizləşdirilir, qanunsuz silahlı dəstələr tərksilah edilir. Antitterror tədbirinin həyata keçirilməsi ilə Azərbaycan öz suverenliyini tam bərpa edir.

Anttiterror əməliyyatları 23 saat davam edir və nəticə etibarilə düşmən tərəf tamamilə məğlub edilir. Məğlub edilmiş qanunsuz erməni silahlı dəstələri tam tərkisilah edilərək Azərbaycan ərazilərini tərk edir, bütün silah-sursat və texnikalar isə Rusiya sülhməramlılarının iştirakı ilə təhvil verilir.

Ölkə başçısı İlham Əliyev 2023-cü il oktyabr ayının 15-də Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq, Azərbaycanın öz ərazi bütövlüyünü bütün dünyaya nümayiş etdirir.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Digər xəbərlər