PDF Oxu

Siyasət

  • 344

Suverenliyimiz xalqımızın milli sərvətidir - ŞƏRH

image

Müstəqilliyin qorunması və möhkəmləndirilməsi isə heç vaxt asan başa gəlməmişdir. Canlı şahidi olduğumuz 1990-cı illərin əvvəllərində siyasi böhran, müharibə və iqtisadi çətinliklər Azərbaycanın dövlətçiliyinə ciddi sınaqlar yaratdı. Ən böyük sınaq isə torpaq itkisi, suverenliyin pozulması idi. Buna baxmayaraq Azərbaycan xalqının azadlıq arzusu və mübarizə əzmi daha da gücləndi. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizi möhkəmləndirdi, Azərbaycan beynəlxalq aləmdə tanındı və dövlət quruculuğu prosesləri uğurla həyata keçirildi.
Bu gün isə Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə milli ordumuz Azərbaycan suverenliyini tam şəkildə təmin etmiş, torpaq bütövlüyünü bərpa etmişdir. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası 20 sentyabrda qəbul olunmuş tarixi qərarın məntiqi davamı olmuşdur.
20 sentyabr Azərbaycan xalqının milli iradəsinin ifadəsi kimi yadda qalacaq. Bu gün xalqımızın əsrlərdən bəri daşıdığı azadlıq arzularının gerçəkləşməsində mühüm mərhələ oldu. Həmin tarixdən başlayaraq Azərbaycan artıq müstəqil dövlətçiliyə gedən yolun hüquqi əsaslarını möhkəmləndirdi.
“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”
Azərbaycanın dövlət müstəqilliyi dönməz və əbədidir. Dövlət Suverenliyi Günü dövlətçiliyə sədaqət, milli birlik və müstəqilliyin dərk edilməsi baxımından böyük tarixi əhəmiyyət kəsb edir.
Aytac Abbasova
Filologiya üzrə fəlsəfə doktoru,
YAP Laçın rayon təşkilatının 51 saylı ərazi partiya təşkilatının sədri,
Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbin direktoru.

Digər xəbərlər