Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Prezident cənab İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamına əsasən, hər il 20 sentyabrda bu gün təntənəli şəkildə qeyd olunur.Bu əlamətdar gün 30 ildən artıq davam edən işğal və mübarizə yolu, minlərlə şəhidimizin qanı və canı bahasına qazanılan Zəfərin rəmzidir.
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin ildönümünə həsr olunan hərbi paradölkəmizin gücünü, hərbi qüdrətini nümayiş etdirməklə həm Ermənistana, həm də ermənilərin bütün dünyada olan havadarlarına daha bir ciddi mesaj oldu. Bu hərbi parad bir daha təsdiq etmiş oldu ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi məqsədilə 2003-cü ildən bu günə qədər qəbul olunmuş hər bir qərar, bu istiqamətdə atılmış hər bir addım son dərəcə düzgün və effektli olub.
Prezident İlham Əliyev 20 il bundan əvvəl ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra öz xalqına söz vermişdi ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcək və bir gün Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracaq.Bu gün artıq müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda vədigər bütün işğaldan azad edilən ərazilərimizdə qürurla dalğalanır və bütün xalqımıza böyük fəxarət hissi yaşadır.
Xankəndi şəhərində keçirilən paradda etdiyi çıxışında cənab Prezident İlham Əliyev demişdir: “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir.”
Bu Qələbənin qazanılması onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılması nəticəsində mümkün oldu. Keçmiş SSRİ-dən qalmış ağır sosial-iqtisadi mirası səmərəli şaxələndirilmiş iqtisadi islahatlar sayəsində aradan qaldıran və dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaradan Azərbaycan rəhbərliyi 44 gündə misilsiz qələbə qazandı. Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad sadəcə bir hərbi ritual deyildi, bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə təntənəsi idi.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı