PDF Oxu

Siyasət

  • 1 005

Samuxda Dövlət Suverenliyi Günü qeyd olunub

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının, Samux Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 2023-cü il sentyabrın 19-da Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılan antiterror tədbirlərindən bəhs edib. O, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixdə imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini vurğulayıb. Qeyd olunub ki, bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyünün və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir.
Sədr həmçinin qeyd edib ki, Dövlət Suverenliyi Günü – sadəcə yeni bir tarix deyil, Azərbaycan xalqının suverenliyə doğru tarixi yürüşünün yekun zirvəsidir. Bu gün həm keçmişə ehtiram, həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir. Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətçilik ideologiyası, xalq-iqtidar birliyi və müstəqil siyasi xətt bu suverenliyin möhkəm dayaqlarıdır. 20 sentyabr – Dövlət Suverenliyi Günü artıq bu dayaqların təqvimə həkk olunmuş təntənəsidir. Bu gün Azərbaycan xalqının öz dövlətinə sahib çıxmasının, onun müstəqilliyini qorumasının və daha da möhkəmləndirməsinin təcəssümüdür.
Qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Daha sonra tədbirdə Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktor vəzifəsini icra edən Telli Nəsibova və partiya fəalı Elnarə İmamquliyeva çıxış edərək qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün və suverenliyimizin xalqımızın milli sərvəti olduğunu qeyd ediblər.
Çıxış edənlər 20 sentyabr tarixinin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsinin qürurunu yaşadıqlarını vurğulayıb, ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğunu diqqətə çatdırıblar.

Digər xəbərlər