PDF Oxu

Siyasət

  • 992

Ankarada Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsi ehtiramla anılıb

image

Ankara Ticarət Palatasınını (ATO) binasında Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı tədbirə təşkilati dəstək ölkəmizin Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Türk Dünyası Parlamentarilər Fondu (TDPV) tərəfindən göstərilib.Müzakirələrdə diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, alimlər, ATO rəhbərliyi, Qarabağ müharibəsi veteranları, hər iki qardaş ölkədən ictimaiyyət nümayəndələri iştirak ediblər.Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinə dualar oxunub, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, xalqımız Qafqaz İslam Ordusunun qəhrəmanlarını unutmur və xatirəsini ehtiramla anır.Diplomat Qafqaz İslam Ordusunun yaradılması ilə bağlı qərarın Osmanlı İmperiyası üçün çətin bir dövrdə verildiyi faktına diqqət çəkib. “Ciddi çağırışlara və problemlərə baxmayaraq, Osmanlı hökuməti gənc Azərbaycan dövlətinə kömək əlini uzadıb”, - deyə diplomat bildirib. O, vurğulayıb ki, Azərbaycanda Bakını daşnak və bolşevik işğalından azad edən Qafqaz İslam Ordusunun qəhrəmanlarının xatirəsi bundan sonra da ehtiramla yad ediləcək.Diplomatik missiyanın rəhbəri vurğulayıb ki, Azərbaycan torpaqlarında Türkiyə övladlarının qanı tökülüb, 1915-ci ildə Çanaqqala döyüşlərində isə azərbaycanlılar işğalçılara müqavimət göstərərək türklərlə çiyin-çiyinə canlarından keçib.Daha sonra çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Qafqaz İslam Ordusunun tarixi rolundan bəhs edib.“Anadolu övladları azərbaycanlı qardaşları ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını işğalçılardan təmizlədilər. Bu qələbə iki ölkə xalqlarının taleyinin birliyinin növbəti təcəssümü oldu”, - deyə türkiyəli parlamentari “Bir millət, iki dövlət” prinsipinin toxunulmazlığını bəyan edib.Şamil Ayrım Qafqaz İslam Ordusunun keçdiyi qəhrəmanlıq yolu haqqında hərtərəfli informasiyanın Türkiyə və Azərbaycanın gənc vətəndaş nəslinə çatdırmağa çağırıb. “107 il əvvəl Bakı uğrunda gedən döyüşlərdə həlak olan 1130 şəhidin şücaəti ölkələrimizin tarixinə qızıl hərflərlə yazılıb”, - deyə Türkiyə parlamentinin deputatı bildirib.Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA İctimai birliyinin Türkiyədəki nümayəndəsi, TADİV İdarə heyətinin üzvü Hulusi Kılıç Bakının bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb.Hulusi Kılıç qeyd edib ki, bir çox Azərbaycan şairləri Qafqaz İslam Ordusu əsgərlərinin şücaəti haqqında şeirlər yazmış, mahnılar bəstələmişlər.Tədbir Giresun Universitetinin Beynəlxalq münasibətlər üzrə professor Yalçın Sarıkayanın Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun tarixi rolu mövzusunda məruzəsi ilə davam edib.

Digər xəbərlər