PDF Oxu

Siyasət

  • 974

“Dövlət Suverenliyi-Müstəqilliyimizin əbədi rəmzidir!”

image

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş “Dövlət Suverenliyi-Müstəqilliyimizin əbədi rəmzidir!” adlı tədbir keçirilib.

Heydər Əliyev adına istirahət parkında baş tutan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları Kəmaləddin Qafarov, Elşad Musayev, RİH başçısının müavinləri, Daxili Qoşunların Hərbi İnstitutunun prorektoru polkovnik Eldəniz Abbasov və kursantlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, qazilər və hərbçilər, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin və ictimai birliklərin nümayəndələri, gənclər iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edildiyi vurğulanıb. Bu tarixin Azərbaycan xalqının mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsi olduğu bildirilib. Dövlət Suverenliyi Gününün xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olduğu qeyd olunub.
Tədbir konsert proqramı ilə davam edib.

Digər xəbərlər