Ermənistanın uzun illər boyu bölgədə qurduğu qanunsuz hərbi-siyasi strukturların qalıqları, 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, bölgədə qeyri-qanuni silahlı birləşmələri saxlamaqda davam edirdi. Azərbaycan dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, separatçı rejim və onu dəstəkləyən qüvvələr bu təxribatçı fəaliyyətlərdən əl çəkmədilər. Nəticədə öz layiqli cəzalarını aldılar.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbəliyi ilə cəmi 24 saata ərzində erməni işğalçılarına layiqli cavab verən Azərbaycan ordusunun qüdrəti və yenilməzliyi bir daha dünyaya nümunə oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 24 saata yaxın davam edən antiterror tədbirləri qeyri-qanuni erməni hərbi birləşmələrinin ağ bayraq qaldırması ilə başa çatdı. Bununla da, qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı.
Qəhrəman əsgər və zabitlərimizin yüksək peşəkarlığı ilə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində kəskin relyefə malik coğrafi mövqeyə görə ağır şəraitdə xüsusi ağırlıqları ilə seçilən mühəndis qurğuları ilə təchiz olunmuş və səngərlərdə gizlənən kiçik qruplardan ibarət terror dəstələri, onların yerləşdirdikləri hərbi texnikaların və qurğuların yeri məharətlə müəyyən edilərək zərərsizləşdirilmişdir. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülmüş, qarşı tərəfə məxsus 20 ədəd hərbi təyinatlı nəqliyyat vasitəsi, 30-dan çox 120 mm və 82 mm minaatan, 40-dan çox artilleriya qurğusu, bir ədəd tank, iki ədəd piyadanın döyüş maşını, 2 zenit-raket qurusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və xeyli sayda silah-sursat qənimət olaraq ələ keçirilmişdir. Silah-sursatı tükənən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları pərakəndə şəkildə, təşviş içində döyüş mövqelərini tərk etmişlər. Ordumuzun texniki vasitələrinin, eləcə də müşahidə vasitələrinin nəzarəti altında həmin şəxsi heyətin geriyə çəkilməsi və könüllü şəkildə döyüş mövqelərini tərk etməsi üçün də şərait yaradılmış, onlara bu halda heç bir zərbə endirilməmişdir.
Azərbaycan regionda sülh və əminamanlığın bərqərar olmasının, regionun inkişaf edərək çiçəklənməsinin tərəfdarıdır.
İntiqam QULİYEV
YAP Ağdam rayon təşkilatının sədr müavini