Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü ilə partiyanın ictimai-siyasi həyatında uzun illər fəal iştirak etmiş, onun dəyərlərinin təşviqində mühüm rol oynamış partiya veteranları ilə görüş keçirilib.
Görüşdə partiya sıralarında uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən veteranlar Əli Quliyev və Daşdəmir Bayramov fəxri fərman ilə təltif olunublar.
YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, Gəncə şəhərində fəaliyyəti ilə seçilən partiya üzvləri Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləniblər.
Bayram Aslanov yubileyi qeyd olunan partiya veteranlarını doğum günləri münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.