PDF Oxu

Siyasət

  • 802

YAP Ağdam rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib

image

23 sentyabr 2025-ci il tarixində YAP Ağdam rayon təşkilatında rayon təşkilatının yaranmasının 32-ci ildönümü ərəfəsində YAP fəalları ilə görüş keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.Daha sonra xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində, eyni zamanda sosial media resurslarında fəaliyyətin daha da genişləndirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmış, xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, YAP-ın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu diqqətə çatdırmışdır.

Görüşdə partiya fəalları ilə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. YAP fəallarından Xaləddin Tağıyev, Xəyal Əliyev, Elmir Rüstəmov və başqaları çıxış edərək sosial şəbəkələrdə milli maraqların qorunması və partiyanın ideoloji xəttinin təbliği istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklərini bildiriblər.

Həmçinin, Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub və partiya həyatında fərqlənən fəallara hədiyyələr təqdim edilıb.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Digər xəbərlər