PDF Oxu

Siyasət

  • 565

Ağstafa rayonunda vətən müharibəsi şəhidi Elçin İbrahimovun doğum günündə xatirəsi anılıb

image

23 sentyabr 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi İbrahimov Elçin Rövşən oğlunun doğum günü idi.

Bu münasibətlə Ağstafa şəhər Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatınınəməkdaşlarının və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə şəhidimizin ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər